Noyabrın 6-da UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” – “Dnepr” oyununda üzərinə giriş qapısının aşması nəticəsində xəsarət alan azarkeş bu gün əməliyyat olunub.
Bu barədə Korner.az-a Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimov məlumat verib.
Klub rəsmisi bildirib ki, oması və ayağı sınan Samir Mirzəyevin əməliyyatı uğurlu keçib. Əməliyyatdan sonra gipsə salınan Mirzəyev 2 ay müalicə-bərpa dövrü keçəcək.
