“Qarabağ” derbiyə hazırdı.
Korner.az-ın məlumatına görə, Azərbaycan derbisində “Neftçi”nin qonağı olacaq komanda hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir.
Premyer Liqanın XXIV turunda “ağ-qara”ların qonağı olacaq “Qarabağ” 1 saatlıq sonuncu məşqdən sonra “kamp”a yığışıb. Bütün birinciliklərin iştirakçısı olan tərəflərin çempionat çərçivəsində 55-ci qarşılaşması öncəsi Ağdam təmsilçisinin yeganə itkisi zədəli Admir Telidi.
