“Qarabağ” daha 2 futbolçusu ilə müqavilə yeniləyib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, daha öncə Maksim Medvedev, Vüqar Nadirov, Fərhad Vəliyev və Namiq Yusifovla imzalayan komanda bu dəfə 2 legioneriylə danışıqları uğurla tamamlayıb.
Belə ki, albaniyalı legionerlər Admir Teli və Ansi Aqolli növbəti mövsüm də də “ağ-göylər”in uğurları üçün tər tökəcək.
Qeyd edək ki, Admir Teli 2009-cu ilin yanvarından “Qarabağ”dadı. Ötən mövsüm bütün oyunları əvəzedilmədən keçirən, cari mövsümdə isə bu seriyanı ümumilikdə 88-ə çatdıraraq rekord qıran Teli ilə 1 illik müqavilə imzalanıb.
Ansi Aqolli də 1 illik sazişə imza atıb. Albaniya millisinin də şərəfini qoruyan sol cinah oyunçusu 2010-cu ildən “Qarabağ”dadı.