Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qarabağ" daha bir hücumçunu transfer etmək üzrədi.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisinin düşərgəsinə qoşulan 23 yaşlı hücumçu Ulriş Kapolonqodur.
Son klubu “Şabab Əl-Ordon” olan gənc forvardla müqavilə imzalanacaq. “Qarabağ”ın düşərgəsində yer alan digər hücumçu isə Nikoloz Gelaşvilidir.
Qeyd edək ki, Ulriş Kapolonq “Şabab Əl-Ordon” klubu ilə İordaniya çempionu olmağı bacarıb.