“Qarabağ”dan növbəti transfer həmləsi – hücumçu gəlir
28.07.2018 , 12:16

“Qarabağ” heyətinə daha bir futbolçu cəlb etməyə hazırlaşır.
Ağdam klubu “Hart”ın (Şotlandiya) hücumçusu Kayl Laffertini transfer etmək istəyir. “Qarabağ”la yanaşı, “Reyncers” və “Seul”un da şimali irlandiyalı oyunçu ilə maraqlandığı bildirilib.
Hətta Stiven Cerrardın baş məşqçisi olduğu “Reyncers”in 30 yaşlı oyunçu üçün 200 min funt-sterlinqlik təklif göndərdiyi vurğulanıb. Amma bu təklifi “Harts” qəbul etməyib. Klub gələn ilin yayına qədər Leffertinin transfer qiymətinin 750 min funt-sterlinq olduğunu açıqlayıb.
