“Qarabağ” da məşqlərə ara verdi
16.03.2020 , 18:18

“Qarabağ” məşqlərə ara verib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilir ki, koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar “Qarabağ”ın əsas, əvəzedici komandalarının və “Qarabağ” Futbol Akademiyasının məşqləri qeyri-müəyyən müddətə dayandırılıb.
