“Qarabağ”ın yeni transferi Cumbinyo sabahkı qarşılaşmada Ağdam təmsilçisinə kömək edə bilər.
Korner.az-ın məlumatına görə, beləı ki, braziliyalı futbolçunun adı UEFA-ya göndərilib və adı iştirak ərizəsinə salınıb. Əgər Qurban Qurbanov Cumbinyoya sabahkı “Hefle” ilə oyunda şans versə o zaman futbolçu yeni klubunda debüt edəcək.
Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21.00-da başlayacaq və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.
