“Qarabağ” ÇSKA-ya qalib gəldi
07.07.2021 , 22:45

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanın ÇSKA komandası ilə qarşılaşıb. Sofiya təmsilçisi ilə görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.
“Qarabağ” Avstriya toplanışında Rusiyanın “Arsenal” (Tula) və Almaniyanın “Auqsburq” komandaları ilə də yoxlama oyunu keçirəcək.
Yoxlama oyunu
7 iyul
20:00 “Qarabağ” – ÇSKA (Bolqarıstan) – 1:0
