Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” sabah – iyunun 24-də ikinci yoxlama oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, Ağdam klubu Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində baş tutacaq matç yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla 20:00) start götürəcək.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama görüşündə Rusiyanın "Axmat" klubuna 0:1 hesabı ilə uduzub.
