“Qarabağ” çox yaxşı komandadır” – “Lex”in baş məşqçisi
04.07.2022 , 17:27

“Çempionlar Liqasında zəif rəqib yoxdur. “Qarabağ”a hörmətlə yanaşmalıyıq”.
Korner.az xəbər verir ki, bu sözləri Polşanın “Lex” klubunun baş məşqçisi Con van den Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Niderlandlı mütəxəssis Ağdam klubu ilə oyunun asan olmayacağını bildirib: “Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında nələr etdiklərini görmüşük. Amma rəqib də bizə hörmət etməlidir. Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəyik. Asan olmayacaq”.
Qeyd edək ki, sabah Pozdnanda keçiriləcək “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
