“Qarabağ”ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.
Tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirində çıxış edəcək Ağdam təmsilçisi rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Artıq bununla bağlı UEFA ilə razılıq əldə olunub. “Qarabağ”ın Çempionlar Liqasının finalını qəbul etməyə namizəd olan arenada ilk matçı isə sentyabrın 27-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri həmin gün “Roma”nı sınağa çəkəcəklər.
Qeyd edək ki, Bakı Olimpiya Stadionun tamaşaçı tutumu 68 min 870 nəfərdi.
