“Qarabağ” növbəti mərhələdə
18.08.2020 , 21:50

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.
Korner.az-ın məlumaglna görə, qitənin ən nüfuzlu klub turnirində Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə başlayır. Ağdam təmsilçisi bu gün “Sileks”i qəbul edib. Görüş “Qarabağ”ın qələbəsi ilə bitib – 4:0
Mərhələ bir oyundan ibarət olduğundan qalib gələn tərəf 2-ci raunda yüksələcək.
Qeyd edək ki, mərhələni keçən komanda 2-ci turda “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
18 avqust
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) – 4:0
Qollar: Xayme Romero, 11, Donald Gerye, 40, 51, Mahir Emreli, 79
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
