“Qarabağ” “Çixura”nı məğlub etdi
18.12.2019 , 18:56

“Qarabağ”ın U-12 komandası Gürcüstanda keçirilən “Bendela Cup-2019” turnirində ikinci oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda “Çixura” ilə qarşılaşıb. Görüş təmsilçimizin 4:1 hesablı qələbəsiylə başa çatıb. “Qarabağ” qrupun son oyununda sabah “Qori” komandasıyla qarşılaşacaq.
Qeyd edək ki, ağdamlılar ilk oyunda Tbilisi “Dinamo”sundan olan həmyaşıdlarına 0:7 hesabı ilə uduzub.
