Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Çexiyanın “Viktoriya” klubunun qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür.
Korner.az-ın məlumatına görə, komandamız bu gün saat 15:30-da Bakı – Plzen hava reysi ilə ölkəni tərk edəcək.
Ağdam təmsilçisi axşam saatlarında oyunun keçiriləcəyi şəhərə çatacağı gözlənilir.
Qeyd edək ki, sabah keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
