“Qarabağ”dan heç-heçə
25.01.2022 , 20:39

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün sonuncu yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi “Visla Krakov”la (Polşa) üz-üzə gəlib. 3 hissədən ibarət olan görüş qolsuz başa çatıb.
“Qarabağ” – “Visla Krakov” (Polşa) – 0:0
Qeyd edək ki, “Qarabağ” günün ilk yarısında Çexiyanın “Bohemians” komandası ilə üz-üzə gəlməli olsa da, qarşılaşma qara görə ləğv olunub.
