Ölkə futbolu

“Qarabağ” Çexiya klubuna qarşı

19.01.2019 , 10:25

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qarabağ” bu gün ikinci yoxlama matçına çıxacaq. Qurban Qurbanovun komandası Çexiyanın yüksək liqa təmsilçiisi “Bohemians” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

İlk sınaq oyununda Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi yanvarın  23-ü Polşanın “Piast”, 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə üz-üzə gələcək.

19 yanvar

Yoxlama oyunu

18:00. “Qarabağ” (Azərbaycan) – “Bohemians” (Çexiya)
Antalya. “Gloria Sport Arena”

Son yazılar

Yuxarı