“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı
11.07.2018 , 16:13

“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə qoşulur.
Ağdam klubu birinci təsnifat mərhələsinin ilk matçında səfərdə “Olimpiya”nın qonağı olacaq. Qurban Qurbanovun komandası mübarizəyə Sloveniyada start verəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.
Çempionlar Liqası, I təsnifat mərhələsi
İlk oyun
11 iyul
22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) 0-1
Qollar: Donald Gerrye, 79
Baş hakim: Lourense Visser (Belçika)
Lyublyana. “Stojitse” stadionu
