“Qarabağ” “Lex”ə uduzdu
05.07.2022 , 23:57

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında mübarizəyə start verib.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ÇL-in 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
“Qarabağ” “Lex”ə qarşı cavab matçını bir həftə sonra Bakıda keçirəcək.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
İlk oyun
5 iyul
22:00 Lex (Polşa) – Qarabağ – 1:0
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya)
Polşa, Poznan
