Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, son oyun günündə daha üç qarşılaşma keçiriləcək.
Günün ilk matçı "İnter Arena"da keçiriləcək. Burada "İnter" "Sumqayıt"ı qəbul edəcək.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşü çərçivəsində bir neçə gün bundna öncə üz-üzə gələnə "Qəbələ" və "Neftçi" klubları bu dəfə çempionat matçında münasibətlərə aydınlıq gətirməyə çalışacaqlar. Qəbələdə baş tutaca qoyun saat 16:30-da başlayacaq.
Turun mərkəzi qarşılaşması paytaxtda baş tutacaq. Burada çempionluq uğrunda yarışan iki komanda – "Zirə" və "Qarabağ" üz-üzə gələcək. Turnir cədvəlində rəqibini 12 xal qabaqlayan lider "Qarabağ" bu görüşdə qələbə qazanacağı təqdirdə son 4 turun nəticəsindən asılı olmayaraq çempionluğunu rəsmiləşdirəcək.
Azərbaycan Premyer Liqası, 32-ci tur
1 may (bazar)
16:00. “İnter” – “Sumqayıt” – 2:2
Qol: Mirsahib Abbasov 11, Nika, 90+5 // Vaqif Cavadov 6, Amil Yunanov 19
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “İnter Arena”.
16:30. “Qəbələ” – “Neftçi” – 2:2
Qol: Qay 21-pen., Rəşad Sadiqov, 50 // Ruslan Qurbanov, 33, Elşən Abdullayev, 64.
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu.
19:00. “Zirə” – “Qarabağ” 0:2
Qol: Dani 28, Reynalo 74.
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Rövşən Əhmədov.
Zirə İdman Kompleksinin stadionu.
