“Qarabağ” “Çelsi”ni təbrik edib “Arsenal”a söz atdı
30.05.2019 , 10:09

“Qarabağ” Bakıda “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasını qazanan “Çelsi”ni təbrik edib.
Ağdam klubu “zadəganları”ı təbrik etməklə yanaşı finaldan öncə ajiotaj yaradan “Arsenal”a da söz atıb:
“Bakıya gəl(məy)ən və kuboku qazanan bütün “Çelsi” futbolçularını təbrik edirik. Zadəganlıq hər zaman zəfəri haqq edir”.
