“Qarabağ” – “Çelsi” matçının hakim təyinatları açıqlandı
03.11.2025 , 14:38
UEFA Çempionlar Liqasının 4-cü turunda baş tutacaq “Qarabağ” – “Çelsi” oyunu üçün hakim təyinatları müəyyənləşib.
Korner.az xəbər verir ki, qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Sebastyan Qişamer olacaq. Ona yan xətt hakimləri Roland Ridel və Santino Şreyner yardım edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək.
VAR sistemi üzərində nəzarət Manuel Şuttenqruberə həvalə olunub, AVAR hakimi isə Yozef Şpurnidir.
Xatırladaq ki, “Qarabağ” – “Çelsi” görüşü noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və oyun saat 21:45-də başlayacaq.