“Qarabağ” bu sektor üçün biletləri satışa çıxardı
02.11.2022 , 14:37

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Frayburq” oyunu üçün 26-cı sektorun biletləri də satışa çıxarılıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin biletləri “iticket.az” və kassalardan almaq mümkündür.
30, 31, 37 və 38-ci sektorlara olan biletlər onlayn deyil, yalnız kassalarda satılır.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
“Iticket.az”ın satış məntəqələri (“iticket.az”da onlayn satış);
“Qarabağ”ın “Park Bulvar”dakı Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də “28 mall” və “Gənclik mall” ticarət mərkəzlərində satılır (11:00-22:00).
