2014/2015 mövsümünün Topaz Premyer Liqasının qalibi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
Korner.az-ın məlumatına görə, 2014/2015 mövsümündə Topaz Premyer Liqasının qalibi Ağdamın “Qarabağ” klubu olarsa, ağdamlıların II təsnifat mərhələsində səpələnmişlər səbətində olacağı dəqiqləşib.
UEFA-nın son açıqladığı reytinqə əsasən “Qarabağ” bu haqqı əldə edib.
Qeyd edək ki, II təsnifat mərhələsində 34 komanda mübarizə aparacaq. 17 komanda səpələnmişlər, 17 komanda isə səpələnməmişlər səbətində yer alacaq. “Qarabağ”ın UEFA reytinqində qabaqladığı 17 ölkə çempionunu diqqətinizə çatdırırıq:
“Ventspils” (Latviya)
“Jalqiris” (Litva)
“Astana” (Qazaxıstan)
“Styarnan” (İslandiya)
“Dundalk” (İrlandiya)
Macarıstan çempionu
Gürcüstan çempionu
Bosniya və Herseqovina çempionu
Çernoqoriya çempionu
Albaniya çempionu
Makedoniya çempionu
Lüksemburq çempionu
Malta çempionu
1-ci təsnifat mərhələsindən gələcək 4 komanda
