Antalya təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçulara istirahət verib.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu gündən Premyer Liqanın 20-ci turunda qarşılaşacaqları “Bakı” ilə oyunun hazırlıqlarına başlayacaq.
“Qarabağ” – “Bakı” oyunu fevralın 7-də keçiriləcək.
