Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” bu gün Londona yola düşür.
Bu gün Bakı vaxtı ilə saat 17.00-da komanda çarter reysi ilə İngiltərə paytaxına yola düşəcək.
“Qarabağ”la “Çelsi” arasındakı oyun sentyabrın 12-də keçiriləcək. Komandanın oyundan 1 gün öncəki son məşqini “zadəganlar”ın stadionunda – “Stemford Bric”də keçirməsi nəzərdə tutulub.
Əsas komanda ilə yanaşı klubun UEFA Gənclər Liqasında yarışacaq U-19 komanda da bu gün eyni təyyarə ilə Londona gedəcək. Onların bu yarışda debütü sentyabrın 12-də Londonda “Çelsi”dəki həmyaşıdlarına qarşı olacaq. Ancaq həmin matç günorta saatlarında – Bakı vaxtilə saat 14:05-də başlayacaq.
