“Qarabağ” heç-heçə ilə başladı
18.01.2020 , 19:55

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Ağdamtəmsilçisi Rumıniyanın yüksək liqasında mübarizə aparan “Akademiya Klinçeni” klubu ilə qarşılaşıb. Matç heç-heçə ilə bitib – 2:2.
Qeyd edək ki, Qurban Qurbanovun kollektivi təlim-məşq toplanışı çərçivəsində daha 3 oyun keçirəcək. Komanda yanvarın 22-sində Qazaxıstanın “Jetisu”, 25-ində isə Çexiyanın “Siqma” və Polşanın “Visla Plok” komandaları ilə üz-üzə gələcək.
18 yanvar
18:00. “Qarabağ” – “Akademiya Klinçeni” – 2:2
Qollar: Abdullah Zubir, 10, Cavid Bayramov, 90
Antalya, “Gloria Sereniti”
