“Qarabağ” bu gün gedir
11.12.2018 , 16:19

Dekabrın 13-də Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Arsenal”ın qonağı olacaq “Qarabağ” bu gün Londona gedəcək.
Ağdam klubu səfərə çarter reysi ilə yollanacaq. Komandanı aparan təyyarə saat 18:00-da havaya qalxacaq.
Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-nə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandanın açıq məşqi isə 23:00-a təyin edilib.
Qeyd edək ki, Londondakı “Emireyts” stadionunda keçiriləcək “Arsenal” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək. Bakıdakı matçda ingilislər 3:0 hesablı qələbə qazanmışdılar.
