Ağdamın “Qarabağ” klubu ilk “altılığ”ın ən yaxşı komandası olub.
Korner.az-ın məlumatına görə, Qurban Qurbanovun futbolçuları final mərhələsindəki 10 qarşılaşmada hamıdan çox 20 xal toplamağı bacarıb. Ağdamlılar bu göstəricidə ölkə çempionu “Neftçi”ni 2 xal qabaqlayıb. Digər komandalar isə yekun cədvəlində olduğu kimi eyni mövqelərdə qərarlaşıblar.
İlk “altılıq”da “Qarabağ” ən çox qələbə qazanan və ən az qol buraxan komanda olub. Ən məhsuldar komanda isə “İnter”dir. “Neftçi” ilə “Qarabağ” ən az uduzan komandalardır.
Ən az qələbə, ən çox məğlubiyyət, ən az qol, ən çox buraxılan qol isə ən az xal toplayan “Qəbələ”nin hesabındadır.
Qarabağ (Ağdam) |
6 |
2 |
2 |
13 – 7 |
20 |
Neftçi (Bakı) |
5 |
3 |
2 |
12 – 8 |
18 |
İnter (Bakı) |
5 |
1 |
4 |
14 – 10 |
16 |
Simurq (Zaqatala) |
3 |
3 |
4 |
7 – 11 |
12 |
Bakı |
3 |
2 |
5 |
9 – 12 |
11 |
Qəbələ |
1 |
3 |
6 |
6 – 13 |
6 |
İkinci “altılıq”da isə ən yaxşı nəticə Bakı klublarına məxsusdur. AZAL hamıdan öndə qərarlaşıbsa, “Rəvan” 2-ci sıradadır. “Turan” isə hamıdan zəif çıxış edib. Maraqlıdır ki, buradakı heç-heçələrin hamısı “Xəzər Lənkəran”la bağlıdır.
AZAL (Bakı) |
9 |
1 |
0 |
25 – 7 |
28 |
Rəvan (Bakı) |
6 |
0 |
4 |
23 – 18 |
18 |
Sumqayıt |
4 |
1 |
5 |
11 – 10 |
13 |
Xəzər Lənkəran |
3 |
3 |
4 |
8 – 10 |
12 |
Kəpəz (Gəncə) |
3 |
0 |
7 |
11 – 19 |
9 |
Turan (Tovuz) |
2 |
1 |
7 |
10 – 24 |
7 |