“Qarabağ” bu göstəricidə birincidir
04.10.2022 , 16:32

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandalar açıqlanıb.
Korner.az xəbər verir ki, 10 klubun yer aldığı siyahıda “Qarabağ” liderdir. “Atlılar” son 5 rəsmi matçında 4 qələbə qazanıb.
“Qarabağ” oktyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos”un qonağı olacaq. Qarşılaşma saat 23:00-da start götürəcək.
