Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” qitənin ikinci dərəcəlio klub turnirinin I təsnifat mərhələsinin ilk oyununda səfərdə “Metallurq” qarşılaşacaq və təmsilçimiz artıq sözügedən ölkədədi.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi adı çəkilən ölkəyə Türkiyənin paytaxtı Ankaradan yollanıb. Qurban Qurbanovun komandası bu axşam matçın keçiriləcəyi “II Filip” stadionunda məşqə çıxacaq. “Metallurq” – “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
