Ölkə çempionatında və kubokunda uğurlu addımlayan "Qarabağ" mövsümün sonunda müqaviləsi bitəcək 7 futbolçu ilə yeni sözləşmə imzalayacaq.
Korner.az-ın məlumatına görə, Ağdam klubunun rəhbərliyi mövsümün sonunda anlaşması bitəcək Maksim Medvedyev, Əfran İsmayılov, Fərhad Vəliyev, İlqar Qurbanov, Vüqar Nadirov, Admir Teli və Ansi Aqolli ilə ilkin danışıqlar aparıb və futbolçular şərtlərini açıqlayıblar. Mövsümün sonunada danışıqlar yenidən davam etdiriləcək.
