“Qarabağ” – “Braqa” oyunu 300 manata
09.02.2024 , 11:43

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Braqa” oyununun biletləri bu gün saat 12:00-dan “iticket.az”da satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, bu barədə “atlılar”ın mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
Fevralın 22-də keçiriləcək görüşə saat 21:45-də start veriləcək. Komandalar arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada baş tutacaq. Oyun saat 00:00-da başlayacaq.
