“Qarabağ” Bosniya və Herseqovina millisinin üzvünu transfer edir?
27.05.2020 , 11:39

“Qarabağ” Bosniya və Herseqovina millisinin üzvü Amar Rəhmanoviçlə maraqlanır.
Korner.az-ın məlumatına görə, belə bir iddia ilə sözügedən ölkənin mətbuatı çıxış edib.
Bildirilir ki, hhazırda ölkəsinin “Sarayevo” klubunda çıxış edən bosniyalı yarımmüdafiəçinin İspaniyadan olan futbol agentliyinin vasitəsi ilə Ağdam təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşdığı bildirilir.
26 yaşlı futbolçu bu mövsüm 12 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.
Qeyd edək ki, o, “İstra”, “Koper”, “Maribor” və “Çelye” klublarında da çıxış edib.
