Gələn ay Türkiyədə təlim-məşq toplanışında olacaq “Qarabağ” klubunun yoldaşlıq görüşündə qarşılaşacağı rəqiblərindən biri müəyyənləşib.
Korner.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Antalyada “Çerno More” klubu ilə qarşılaşacaq.
Bu barədə Bolqarıstan təmsilçisinin baş məşqçisi Nikola Spasov məlumat verib. Təcrübəli mütəxəssis komandasının Antalyada təlim-məşq toplanışı çərçivəsində “Domjale” (Sloveniya), “Qarabağ” (Azərbaycan) və “Panduri” (Rumıniya) klubları ilə yoxlama oyununda qüvvəsini sınayacağını bildirib. Lakin oyunların vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, “Çerno More” klubu Bolqarıstan çempionatında geridə qalan 19 turdan sonra 25 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
