Futbol

“Qarabağ” bizim işimizi çox çətinləşdirdi”

08.11.2019 , 10:17

Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gələn Kiprin APOEL klubunun kapitanı Nikolas İonannu matçdan sonra açıqlama verib.

Komandasının qələbə qolunu vuran kiprli müdafiəçi zəfəri şərh edib:

“İkinci hissədə möhtəşəm oynadıq. Komanda yoldaşlarımı təbrik edirəm. Qələbənin mərhələ adlamaq üçün nə qədər önəmli olduğunu bilirdik. Hələ heç bir şey bitməyib. “Qarabağ” bizim işimizi çox çətinləşdirdi. Rəqib çox yaxşı komandadır. Bu rəqiblə oynadığımız dörd oyun bərabər səviyyədə keçib. Ancaq bu oyunlarda mərhələ keçməyə və qalib gəlməyə layiq olduğumuzu futbolçularla göstərdik. “Düdelanj” bizi Kiprdə məğlub edib. Ona görə də səfərdə son dərəcə diqqətli olmalıyıq”.

Son yazılar

Yuxarı