“Qarabağ” bizi öz silahımızla vurdu".
Korner.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XII turunda "Qarabağ" – AZAL oyunundan sonra qonaq komandanın çalışdırıcısı Vaqif Sadıqov deyib.
Sadıqov bildirib ki, rəqibin mərkəzdə pressinq tətbiq etməsi komandasının oyun qurmasına mane olub: “Qarabağ” klubunu layiqli qələbə ilə təbrik edirəm. Bizdən üstün oynadılar. Qalib gəlsəydik, turnir cədvəlində rəqiblərimizdən aralana bilərdik. “Qarabağ” bizi öz silahımızla vurdu, oyun boyu pressinq elədi. İlk qolda süni oyundan kənar vəziyyət yaratmaq istədik. Bu gün ən zəif oyunumuzu oynadıq. Problemlərimzii həll etməliyik. Bu il AZAL-dan çox şey tələb etməyək, atdığımız addımlar düzgündür. Gələcək üçün yaxşı komanda yaradacağıq”.
Qurban Qurbanov isə deyib ki, bu oyunda qələbə qazanmaq "Qarabağ" üçün mütləq şərt idi: “Hər iki komanda qələbəyə layiq idi. AZAL bizim üçün çətin komandadır. Stabil oyun göstərirlər. Qələbə qazanmaqdan başqa çıxış yolumuz yox idi. Bizim də oyunumuzda problemlər var, məşqçinin də əsas işlərindən biri bu problemləri aradan qaldırmaqdır. Çətin oyun olsa da, vacib üç xal qazandıq”.
