“Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın “Sent-Etyen” klubu ilə oyundan sonra Bakıya yox, birbaşa Qəbələyə yollanacaq.
Korner.az-ın məlumatına əsasən, Ağdam klubu Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşacağı “Simurq”la oyuna məhz burada hazırlaşacaq.
Qeyd edək ki, həmin oyun noyabrın 30-da keçiriləcək. Qəbələdəki hazırlıq başa çatdıqdan sonra komanda oradan Zaqatalaya yollanacaq.
