Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Viktoriya” cavab qarşılaşmasının biletləri sabahdan etibarən Respublika stadionunun kassalarında satışda olacaq.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.
1-5 və 24-28 nömrəli sektorlar – 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar – 2 AZN
11-18 nömrəli sektorlar – 5AZN
VİP – 30 AZN
