“Qarabağ” Belarusa getdi
06.02.2024 , 09:30
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusa yollanıb.
Korner.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Minskdə təşkil olunacaq “Bizim gələcəyimiz” beynəlxalq turnirində iştirak edəcək.
Fevralın 7-10-da keçiriləcək yarışda 16 komanda mübarizə aparacaq. “Qarabağ” B qrupunda BATE, “Olimpik” və “Zvezda” ilə üz-üzə gələcək.
Komanda bu gün “Zvezda” ilə üz-üzə gələcək. Fevralın 8-də iki görüşə çıxacaq “Qarabağ” öncə “Olimpik”lə, ardınca BATE ilə qarşılaşacaq. Hər qrupdan iki ən yaxşı kollektiv 1/4 finala adlayacaq.