“Qarabağ” “Bazel”ə uduzdu
10.12.2021 , 01:49

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” qrupdakı son matçını İsveçrənin “Bazel” komandasına qarşı keçirib və 0:3 hesabı ilə uduzub.
Bununla da “Bazel” qrup lideri kimi birbaşa 1/8 finala yüksəlib. Qrupda 2-ci yeri tutan “Qarabağ” Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq.
Konfrans Liqası, qrup mərhələsi, 6-cı tur
9 dekabr
00:00 Bazel (İsveçrə) – Qarabağ – 3:0
Baş hakim: Fran Yoviç (Xorvatiya)
00:00 Omoniya (Kipr) – Kayrat (Qazaxıstan) – 0:0

