“Qarabağ” – “Bayer” oyununa nə qədər bilet satılıb?
03.11.2023 , 11:27

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununa bilet satışı davam edir.
Korner.az xəbər verir ki, görüş üçün artıq 15 min bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
“Qarabağ” – “Bayer” matçı noyabrın 9-da keçiriləcək və saat 21:45-də başlayacaq.
