“Qarabağ” – “Bayer” oyununa nə qədər bilet satılıb?
06.11.2023 , 23:17

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununa bilet satışı davam edir.
Korner.az xəbər verir ki, görüş üçün artıq 24 min bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
Noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer” oyununa saat 21:45-də start veriləcək.
