“Qarabağ” – “Bayer” matçının hakimləri
07.11.2023 , 10:55

Avropa Liqasının H qrupunda noyabrın 9-da “Qarabağ” – “Bayer” oyununun hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, matçın baş hakim Kreyq Pouson olacaq.
Ona yan hakimləri Saymon Bennet və Li Bets kömək edəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək.
VAR hakimi Carred Cillet, köməkçisi və Mixael Salisburu olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də start götürəcək.
