“Qarabağ” – “Bayer” matçının hakimləri açıqlandı
05.03.2024 , 10:26

UEFA Avropa Liqasının 1/8 mərhələsinin ilk oyunu çərçivəsində martın 7-si, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” (Almaniya) qarşılaşmasının hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Benoit Bastien olacaq. Ona yan xətt hakimləri Hiçam Zakrani və Orelyen Bertomeu kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək.
Əsas VAR hakimi Benot Millo, köməkçisi Erik Ottelye olacaq.
