“Qarabağ” – “Bayer”: heyətlər
09.11.2023 , 20:55
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin IV turunda bu gün “Bayer”i (Almaniya) qəbul edəcək.
Korner.az xəbər verir ki, saat 21:45-də start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:
Qarabağ: Andrey Lunyov, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir, Juninyo.
Bayer: Kovats, Hincape, Tah, Stanişiç, Qrimaldo, Andrix, Caka, Tella, Adli, Virts, Bonifeys.