“Qarabağ” – “Bayer”: biletlər satışa çıxarılır
26.10.2023 , 18:53

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununun biletləri sabah satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, biletlər saat 12:00-dan “iticket.az” da satışda olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.
