“Qarabağ” BATE-yə məğlub oldu
07.08.2018 , 22:50

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib. Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası Belarusun BATE klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada ağdamlılar məğlub olub (0:1)
Qeyd edək ki, “Qarabağ” – BATE cütünün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə qarşılaşcaq.
7 avqust
Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyun
21:00. “Qarabağ” (Azərbaycan) – BATE (Belarus) 0:1
Qol: Stanislav Draqun 36
Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
