Çempionlar liqası

“Qarabağ” BATE-ni də keçsə, kimlə qarşılaşacaq?

02.08.2018 , 12:34

Çempionlar Liqasının pley-off mərhələsinin püşkü avqustun 6-da atılacaq. Püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi bilinəcək.

II təsnifat mərhələsində Albaniya “Kukesi”sini keçən Ağdam klubunun Belarus BATE-si ilə təşkil etdiyi cüt səpələnməmişlər sırasında yer alacaq. Bu komandaların ikisinin də reytinq xalı 20,500-dü, yalnız əlavə göstəricilərə görə təmsilçimiz rəqibindən üstündü. İstənilən halda, bu xal səpələnmişlər arasında yer almağa imkan vermir.

Pley-off-un püşkatmasında səbətlərin tərkibi belə olacaq:

Səpələnmişlər:

PSV (Hollandiya)
“Zalsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya)
“Seltik” (Şotlandiya) – AEK (Afina, Yunanıstan)
“Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)

Səpələnməmişlər:

“Qarabağ” (AZƏRBAYCAN) – BATE (Borisov, Belarus)
“Yanq Boyz” (İsveçrə)
“Malmö” (İsveç) – “Videoton” (Macarıstan)
“Srvena Zvezda” (Serbiya) – “Spartak” (Trnava, Slovakiya)

“Qarabağ” səpələnməmişlər arasında ən güclüsüdü. “Yanq Boyz”la xal ehtiyatı eyni olsa da, əlavə göstəricilərə görə təmsilçimiz bu komandanı da üstələyir. BATE səddini keçəcəyi hala isə komandamız PSV, “Seltik” kimi güclü rəqiblərlə qarşılaşa bilər.

Son yazılar

Yuxarı