Çempionlar liqası

“Qarabağ” BATE-ni keçsə, bu komanda ilə qarşılaşacaq

06.08.2018 , 14:36

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

 

Turnirdə Azərbaycanı təmsil edən “Qarabağ”ın püşk nəticəsində potensial rəqibi bəlli olub.

Ağdam klubu 3-cü təsnifat mərhələsində BATE-ni mübarizədən kənarlaşdırsa, Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

 

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.

Son yazılar

Yuxarı