“Qarabağ” Avropada öz qapısından ən az top buraxan klublar arasında yeddinci yeri tutur.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun komandası keçirdiyi son 10 oyunda qapısından cəmi 4 top buraxıb. Bu da orta hesabla 0,36 top deməkdi.
Siyahının birincisi isə İtaliya “Roma”sıdı. Seriya A nəhəngi 9 matçda cəmi 1 dəfə qapısında top görüb.
Siyahının ikincisi isə İsrailin “Makkabi”sidir (Təl-Əviv). 7 matça 1 top (0,14), üçüncüsü olan “Lusitanos” (Andorra) isə 5 oyuna 1 top (0,20) buraxıb.
Avropa nəhənglərindən “Bavariya” 10 oyuna 6 qol buraxaraq 20-ci, “Barselona” 10 oyuna 7 qol buraxıb və 37-ci yerdədi. “Real”, “Arsenal”, “Çelsi” kimi komandalar siyahıda yer almayıb.